Viza tələbi

Viza rəsmiləşdirilməsi üçün sənədlər

      Adi giriş-çıxış vizası üçün etibarlılıq müddəti 3 gündən 3 aya qədər müəyyən edilmişdir. Çoxdəfəli giriş-çıxış vizası üçün isə bu müddət 1 ilə qədərdir. Əgər viza bu müddət ərzində istifadə olunmazsa o, etibarsız hesab edilir. 
          

      Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin konsulluq şöbəsindən viza almaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır: 
      - Doldurulmuş viza üçün ərizə anket formasının bir nüsxəsi;
      - Pasport (əsli); 
      - Ərizə anket formasında viza üçün nəzərdə tutulan ölçüdə şəkil; 
      - Dövlət rüsumunun ödənişi ilə bağlı qəbz; 
      - Qəbul edən tərəfin dəvət məktubu. 
      

Viza rəsmiləşdirilməsi üşün dövlət rüsumu:

Vətəndaşlığı olan şəxslər üçün:

birdəfəlik giriş vizası: 60 avro  

ikidəfəlik giriş vizası: 60 avro

bir illik giriş vizası  350 USD


Vətəndaşlığı olmayan şəxslər üçün:

birdəfəlik giriş vizası:  50 USD ,

ikidəfəlik giriş vizası: 80 USD

bir illik giriş vizası  350 USD


Viza müraciəti 15 iş günü müddətində baxılır.



     Diqqət! Əcnəbinin pasportunun və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlıq müddətinin bitməsinə 3 aydan az müddət qaldığı təqdirdə viza rəsmiləşdirilmir.

 Xüsusi viza rejiminə dair.